Zelenskinin müşaviri Mixaylo Podolyak Ukraynanın Rusiyaya qarşı hücumlarda iştirakını inkar edir
Ucnoqta.az xəbər verir ki, bu barədə Podolyak öz Tvitter səhifəsində məlumat yayıb.
“Ukrayna Rusiya Federasiyasının ərazisinə zərbə endirmir. Ukrayna bütün ərazilərini işğaldan azad etmək məqsədi ilə müdafiə müharibəsi aparır” - Podolyak yazıb.
Xatırladaq ki, fevralın 28-də Moskva vilayətində qazpaylayıcı stansiyanın yaxınlığında yerə düşən pilotsuz uçan aparat partlayıcı ilə doldurulub.
Qeyd edilib ki, pilotsuz uçuş aparatının içərisində ümumi çəkisi təxminən bir kiloqram olan iki C-4 partlayıcısı və dörd RPG yükü aşkar edilib.
Emin