Türkiyədə keçiriləcək prezident seçkilərində prezident Rəcəb Tayyib Ərdoğan liderlik edir
Ucnoqta.az xəbər verir ki, bu barədə “Yeni Şafak” nəşri sorğunun məlumatlarına istinadən yazır.
“Bu bazar günü prezident seçkiləri keçirilsəydi, hansı namizədə səs verərdiniz?” sualına rəyi soruşulanların 49,8%-i Rəcəb Tayyib Ərdoğana səs verib. Kamal Kılıçdaroğlu 21,7 faizlə ikinci, Mansur Yavaş isə 9,6 faizlə üçüncü olub.
Eyni zamanda parlament seçkilərində 38,5% hakim Ədalət və İnkişaf Partiyasına səs verəcəyini qeyd edib. Xalq Cümhuriyyət Partiyası (CHP) üçün - 22,8%, Xalqların Demokratik Partiyası (HDP) - 10,5%.
Sorğu Areda Survey tədqiqat şirkəti tərəfindən aparılıb. Fevralın 23-dən fevralın 27-dək 3000 nəfər sorğuda iştirak edib.