Hindistan S-400 HHM sistemlərinin üçüncü partiyasını alıb

09:45 - 1 Mart 2023 - DÜNYA

Hindistan Rusiyadan S-400 Triumf zenit-raket komplekslərinin üçüncü partiyasını alıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə CNN News18 telekanalı ölkə hökumətindəki öz mənbələrinə istinadən məlumat yayıb.

Qeyd edilir ki, kompleksin ilk iki partiyası 2021-ci ilin dekabrında və 2022-ci ilin aprelində qəbul edilib və Pakistan və Çinlə sərhədləri qorumaq üçün yerləşdirilib.

Bildirilir ki, üçüncü eskadron Pakistandan potensial hücumlara qarşı durmaq üçün Pəncab və ya Racastana yerləşdiriləcək.

Qeyd edək ki, S-400 sistemi 400 km-ə qədər məsafədə pilotsuz təyyarələrdən ballistik raketlərə qədər hədəfləri məhv etməyə qadirdir.

Emin

Xəbər xətti