Hindistan Rusiyadan S-400 Triumf zenit-raket komplekslərinin üçüncü partiyasını alıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə CNN News18 telekanalı ölkə hökumətindəki öz mənbələrinə istinadən məlumat yayıb.
Qeyd edilir ki, kompleksin ilk iki partiyası 2021-ci ilin dekabrında və 2022-ci ilin aprelində qəbul edilib və Pakistan və Çinlə sərhədləri qorumaq üçün yerləşdirilib.
Bildirilir ki, üçüncü eskadron Pakistandan potensial hücumlara qarşı durmaq üçün Pəncab və ya Racastana yerləşdiriləcək.
Qeyd edək ki, S-400 sistemi 400 km-ə qədər məsafədə pilotsuz təyyarələrdən ballistik raketlərə qədər hədəfləri məhv etməyə qadirdir.
Emin