Pentaqonun rəhbəri Lloyd Ostin İrandan gələn təhlükə ilə əlaqədar Yaxın Şərqə səfər edəcək.
Ucnoqta.az xəbər verir ki, bu barədə “Al-Monitor” Pentaqonun bəyanatına istinadən xəbər verir.
Nəşrin məlumatına görə, Ostinin regiona səfəri “etimad siqnalı” kimi nəzərdə tutulub. Pentaqonun rəhbərinin “bir neçə əsas tərəfdaş ölkə”nin liderləri və ABŞ hərbçiləri ilə görüşü gözlənilir. Eyni zamanda, nazirin dəqiq marşrutu açıqlanmır.
Bundan əvvəl bildirilmişdi ki, İran İslam Respublikası ordusu çərşənbə axşamı təlimlər keçirib və bu təlimlərdə ən son “Xordard 15”, “Xordad 3”, “Məcid” və “Dezful” hava hücumundan müdafiə sistemləri sınaqdan keçirilib.