Aİ Rusiyaya qarşı sanksiyaların yumşaldılması imkanlarını qiymətləndirib

07:28 - 1 Mart 2023 - DÜNYA

Aİ-nin Rusiyaya qarşı sanksiyalarının yumşaldılmasını gözləməyə dəyməz.

Ucnoqta.az xəbər verir ki, bu barədə Avropa İttifaqının (Aİ) xarici siyasət xidmətinin rəsmi nümayəndəsi Piter Stano mətbuata müsahibəsində Rusiyaya qarşı sanksiyaların yumşaldılması və ya bir hissəsinin ləğvi imkanlarını dəyərləndirib.

Onun sözlərinə görə, yaxın gələcəkdə sanksiyalar rejiminin hansısa yumşaldılmasını gözləməyə dəyməz.

“Sanksiyaların yumşaldılması və ya aradan qaldırılması onların tətbiq olunduğu davranışın dəyişməsi ilə bağlıdır. Hələlik biz Kremlin davranışında belə bir dəyişiklik görmürük”, – Stano bildirib.

Xəbər xətti