Çinin Ukraynada xüsusi hərbi əməliyyatda istifadə etmək üçün Rusiya Silahlı Qüvvələrinə hipotetik silah və sursat tədarükü münaqişəni əhəmiyyətli dərəcədə uzadacaq.
Ucnoqta.az TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ Hərbi Hava Qüvvələrinin briqada generalı, Pentaqonun sözçüsü Patrik Rayder bildirib.
Genral vurğulayıb ki, Amerika tərəfi indiyədək çinlilərin Rusiyaya öldürücü yardım göstərdiyini görməyib:
"Lakin ÇXR bu ideyadan hələ də əl çəkməyib. Birləşmiş Ştatlar bunu yaxından izləyəcək və əgər belə olsa, bu, “münaqişənin mənasız şəkildə uzanmasına gətirib çıxaracaq”, - Rayder bildirib.