Rusiya prezidenti Vladimir Putin Avropa Şurasının Rusiya ilə bağlı beynəlxalq müqavilələrinin ləğvini nəzərdə tutan qanunu imzalayıb.
Ucnoqta.az xəbər verir ki, müvafiq sənəd hüquqi informasiyanın rəsmi portalında dərc olunub.
Qanuna əsasən, Rusiya Federasiyası 21 sənədi, o cümlədən Terrorçuluğa Qarşı Mübarizə Konvensiyasını, İnsan Hüquqlarının Müdafiəsi haqqında, Yerli Özünüidarəetmənin Avropa Xartiyası, Avropa Sosial Xartiyası və digər sənədləri denonsasiya edir.
Bundan əvvəl məlum olub ki, Dövlət Duması Avropa Şurasının Korrupsiyaya dair Cinayət Hüququ Konvensiyasını denonsasiya edib.
Rusiyanın Avropa Şurasına üzvlüyünə xitam verilməsi qərarından sonra Rusiya Federasiyası Korrupsiyaya Qarşı Dövlətlər Qrupunda (GRECO) müzakirələrdə iştirak etmək və ya hesabat qəbul etmək hüququnu itirmiş, ölkə də səsvermə hüququndan məhrum edilmişdi.
Həmçinin fevralın 28-də RT Putinin Rusiyanın Strateji Silahların Azaldılması Müqaviləsində (START) iştirakını dayandıran qanunu imzaladığını bildirib.