Gələn ay Royal Mail kraliça II Yelizavetanın siluetini əks etdirən ən son marka dəstini buraxacaq.
Ucnoqta.az xəbər verir ki, bu barədə “Mirror” məlumat yayıb.
Mərhum Kraliça II Yelizavetanın silueti "Uçan Şotlandiyalı"nın 100 illik yubileyi münasibətilə sonuncu dəfə Böyük Britaniyanın poçt markalarında görünəcək. Xüsusi kolleksiya nəşrinə 1923-cü ildə ser Naycel Qresli tərəfindən tikilmiş məşhur Britaniya parovozunu əks etdirən 12 marka daxil ediləcək.
Yeni markalarda "Uçan Şotlandiyalı" Böyük Britaniyanın müxtəlif ikonik məkanlarında təsvir olunacaq.
Hədiyyə qutusunda olan 12 marka dəstin qiyməti 17,70 funt sterlinq olacaq.
Ruhəngiz