Baş Prokurora yeni köməkçilər təyin edilib

12:32 - 28 Fevral 2023 - Xəbər

Baş prokuror Kamran Əliyevin əmrinə əsasən, Vüsal Əliyev Baş prokurorun böyük köməkçisi vəzifəsinə təyin edilib.

Bu barədə Ucnoqta.az-a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.
Vüsal Əliyev bu təyinata qədər Baş prokurorun xüsusi tapşırılar üzrə köməkçisi vəzifəsində çalışıb.

Həmçinin müvafiq əmrlə Rail Bayramlı tutduğu vəzifədən azad olunaraq Baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi vəzifəsinə təyin edilib.

Qeyd edilib ki, Rail Bayramlı bu təyinata qədər Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində çalışıb.

Xəbər xətti