Türkiyənin Malatya şəhərində baş verən zəlzələdə ölənlərin sayı 2-yə çatıb, 140 nəfər yaralanıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə AFAD məlumat yayıb.
Xəsarət alanlardan 12 nəfərinin vəziyyətinin ağır olduğu qeyd edilir.
Xatırladaq ki, fevralın 27-də episentri Malatya vilayətinin Yeşilyurt şəhərində 5,6 bal gücündə zəlzələ baş verib.