Amerikalı sahibkar İlon Mask 187 milyard dollar sərvəti ilə dünyanın ən varlı adamları siyahısında birinciliyi bərpa edib.
Ucnoqta.az xəbər verir ki, bu barədə məlumat "Bloomberg"in tərtib etdiyi milyarderlər siyahısında açıqlanıb. İkinci yerdə sərvəti 185 milyard dollar dəyərində qiymətləndirilən fransız lüks mallar istehsalçısı LVMH şirkətinin rəhbəri və sahibi Bernard Arnaultdur.
Siyahıda üçüncü yerdə 117 milyard dollar sərvəti ilə "Amazon"un qurucusu Ceff Bezos qərarlaşıb.