Daha 550 rus hərbçisi Ukraynada həlak olub

10:27 - 28 Fevral 2023 - DÜNYA

Rusiyanın Ukrayna müharibəsində daha 550 hərbçisi həlak olub  

Ucnoqta.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb. Məlumata görə, ötən gün daha 550 rus hərbçisi Ukrayna silahlı qüvvələri tərəfindən məhv edilib. Beləliklə müharibənin başladığı bir il ərzində Rusiya tərəfinin canlı qüvvə itkilərinin sayı 149240-a çatıb.  

Həmçinin, ötən gün Ukrayna silahlı qüvvələri tərəfindən Rusiya ordusunun 3 tankı, 9 zirehli texnikası, 3 artilleriya sistemi, 3 hava hücumundan müdafiə sistemi, 3 PUA, 4 texnikası məhv edilib.

Emin

Xəbər xətti