Salvadorda 5,7 bal gücündə zəlzələ baş verib

00:03 - 28 Fevral 2023 - DÜNYA

Salvadorun Sakit okean sahillərində 5,7 bal gücündə zəlzələ qeydə alınıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə ölkənin Ekologiya və Təbii Sərvətlər Nazirliyinin saytında yerləşdirilən məlumatda deyilir.

Təbii fəlakətin episentri sahildən 55 km aralıda, ocağı isə 74 km dərinlikdə yerləşib.

Dağıntı və tələfat barədə məlumat verilməyib.

Xəbər xətti