ABŞ bir neçə ay ərzində Ukraynaya 8 milyard dollara yaxın birbaşa büdcə dəstəyi verəcək.
Ucnoqta.az xəbər verir ki, bu barədə maliyyə naziri Canet Yellen bildirib.
“Yaxın aylarda Birləşmiş Ştatlar Ukraynaya ehtiyac duyulan birbaşa büdcə dəstəyi üçün əlavə 8 milyard dollar ayıracaq”, - o, qeyd edib.
Yellen həmçinin xatırladıb ki, daha əvvəl G7 ölkələri Ukraynada islahatları asanlaşdıracaq və özəl sektor tərəfindən təmin edilən iqtisadi artımı stimullaşdıracaq koordinasiya platformasının yaradılmasını təsdiqləyiblər. Bu platforma həm də humanitar yardım göstərmək üçün beynəlxalq donorların səylərinin əlaqələndirilməsinə və bu cür işlərin şəffaflığına zəmanət vermək üçün nəzərdə tutulub.
Emin