Aİ Şurası Belarusa qarşı “daxili repressiyaya görə” tətbiq edilən sanksiyaları bir il müddətinə uzadıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə şuranın yaydığı məlumatda deyilir.
Sanksiyalar 2024-cü il fevralın 28-dək qüvvədə olacaq. Aİ Şurası bu qərarı qəbul edərkən respublikanın Ukraynada Rusiyanın başçılıq etdiyi xüsusi hərbi əməliyyatda iştirakını nəzərə alıb.
Belarusla bağlı qara siyahıya 195 nəfər və 34 təşkilat daxildir.