Aİ Belarusa qarşı sanksiyaları bir il müddətinə uzadıb

21:22 - 27 Fevral 2023 - DÜNYA

Aİ Şurası Belarusa qarşı “daxili repressiyaya görə” tətbiq edilən sanksiyaları bir il müddətinə uzadıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə şuranın yaydığı məlumatda deyilir.

 Sanksiyalar 2024-cü il fevralın 28-dək qüvvədə olacaq. Aİ Şurası bu qərarı qəbul edərkən respublikanın Ukraynada Rusiyanın başçılıq etdiyi xüsusi hərbi əməliyyatda iştirakını nəzərə alıb.

Belarusla bağlı qara siyahıya 195 nəfər və 34 təşkilat daxildir.

Xəbər xətti