Böyük Britaniya və Aİ “Brexit” sazişinin bir hissəsi kimi imzalanmış Şimali İrlandiya üzrə protokola düzəlişlər etmək barədə razılığa gəliblər.
Ucnoqta.az xəbər verir ki, bunu Böyük Britaniyanın baş naziri Rişi Sunak keçirdiyi mətbuat konfransında deyib. Məlumata görə, bu razılaşma Böyük Britaniya daxilində maneələrin yaranmasının qarşısını alacaq.
Baş nazir qeyd edib ki, "Vindzor Konsepsiyası" adlanan saziş Şimali İrlandiya Assambleyasının yerli deputatlara ədalətsiz göründüyü təqdirdə Avropa qanunvericiliyinin normaları ilə razılaşmamaq hüququna malik olacağını nəzərdə tutur. Bundan sonra Britaniya hökuməti onlara veto qoya bilər.