Dünya Bankı Türkiyədə zəlzələlərin vurduğu ziyanı açıqlayıb

19:55 - 27 Fevral 2023 - DÜNYA

Dünya Bankı (DB) fevralın 6-da baş verən zəlzələlərin Türkiyə iqtisadiyyatına vurduğu ziyanı 34,2 milyard dollar qiymətləndirib

Ucnoqta.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidmətinin yaydığı press-relizdə deyilir. Məlumata görə, bu məbləğ davam edən afterşoklar təkanlar səbəbindən arta bilər.

Bu da 2021-ci ildə ölkənin ÜDM-nin 4%-nə bərabərdir.

Fəlakətin bərpası və nəticələrinin aradan qaldırılması Türkiyəyə daha da baha başa gələ bilər.

Xəbər xətti