MAQATE direktoru Tehrana səfər edəcək

15:30 - 27 Fevral 2023 - DÜNYA

Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) baş direktoru Rafael Qrossi tezliklə İrana səfər edəcək.

Ucnoqta.az xəbər verir ki, bu barədə İranın Atom Enerjisi Təşkilatının rəsmi nümayəndəsi Behruz Kamalvəndi məlumat verib.

“MAQATE-nin baş direktoru Atom Enerjisi Təşkilatının rəhbərinin rəsmi dəvəti ilə yaxın günlərdə İrana səfər edəcək”, - məlumatda bildirilir.

Kamalvəndi onu da bildirib ki, ötən həftə MAQATE-nin yoxlamaları zamanı tərəflər məhsuldar danışıqlar aparıblar.

Xəbər xətti