Son 10 ildə müəllimlərin orta aylıq əmək haqqı 3 dəfə artıb
Ucnoqta.az xəbər verir ki, bu sözləri elm və təhsil naziri Emin Əmrullayev media üçün keçirdiyi brifinqdə deyib.
Nazirin sözlərinə görə, sonuncu artımla müəllimlərin orta aylıq əmək haqqı 790 manata çatıb.
"Yeni artımdan sonra hər dörd müəllimdən biri 1000 manat əməkhaqqı alacaq. Yeni artımdan sonra 25 %-dən çox müəllim 1000 manat və daha yuxarı əməkhaqqı alacaq. Ümumilikdə müəllimlərin orta əməkhaqqı məbləği 2014-ci ildən bu günə qədər 267 manatdan 790 manata qədər artıb." - nazir vurğulayıb.