Polşa Ukraynaya Leopard tanklarının daha bir partiyasını göndərəcək.
Ucnoqta.az xəbər verir ki, bu barədə Polşanın baş naziri Mateuş Moravetski bildirib.
Polşanın baş naziri Kiyevə səfəri zamanı bildirib ki, əvvəlkindən sonra yeni partiya “bir neçə həftəyə” göndəriləcək və onun tərkibinə "Leopard 2A4" modifikasiyalı tanklar daxil olacaq. Bildirilir ki, Varşava alman texnikası ilə birlikdə Ukraynanı Polşa istehsalı olan PT-91 və sovet T-72 tankları ilə təmin edəcək.
Onun sözlərinə görə, hərbi maşınların partiyası Ukrayna tankçılarının təlimindən sonra göndəriləcək.