"Türkiyə İsveçin NATO üzvlüyünə razılıq verə bilməz" - Çavuşoğlu

13:55 - 27 Fevral 2023 - DÜNYA

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib ki, Stokholm Madrid razılaşmalarını tam yerinə yetirməyincə, ölkə İsveçin NATO-ya daxil olmasına razılıq verə bilməz.

Ucnoqta.az xəbər verir ki, bu barədə o, jurnalistlərə açıqlamasında deyib.

Türkiyə XİN başçısınınsözlərinə görə, İsveç və Finlandiyanın NATO-ya daxil olması ilə bağlı müəyyən öhdəlikləri var, lakin Stokholm hələlik onların hamısını yerinə yetirməyib.


O, İsveçdə Türkiyədə terror təşkilatı kimi tanınan Kürdüstan Fəhlə Partiyasının hələ də fəaliyyət göstərdiyini bildirib.

Xəbər xətti