Dünya təşkilatının yerli nümayəndəliyinin məlumatına görə, Əfqanıstanda 28 milyondan çox insanın təcili yardıma ehtiyacı var.
Ucnoqta.az xəbər verir ki, bu barədə BMT-nin yerli ofisinin məlumatlarına bildirilir. Məlumata görə, Əfqanıstanın 2023-cü ildə 4,6 milyard dollar humanitar yardıma ehtiyacı var.
"Əfqanıstanda yoxsulluğun səviyyəsini azaltmaq üçün iqtisadiyyatı gücləndirmək, ilk növbədə milli iqtisadiyyatın əsası kimi kənd təsərrüfatını inkişaf etdirmək lazımdır", - BMT ekspertləri qeyd ediblər.