"Müğənni Nigar Camalın avtomobilinə hücum edən şəxs müəyyən olunub və polis əməkdaşlarının keçirdiyi tədbirlərlə saxlanılıb".
Ucnoqta.az xəbər verir ki, bu barədə BAKU.WS-in sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev bildirib.
DİN rəsmisi əlavə edib ki, araşdırma aparılır və araşdırmanın nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcək.