Bu gecə Ukrayna üzərində 14 İran istehsalı olan “Şahed” PUA-sından 11-i məhv edilib
Ucnoqta.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri məlumat yayıb.
Məlumata görə, fevralın 27-nə keçən gecə Rusiya ordusu şimaldan İran istehsalı olan “Şahed” tipli zərbə PUA-ları ilə Ukraynaya hücum edib.
Bildirilir ki, ümumilikdə 14-ə qədər kamikadze PUA buraxılıb, onlardan 11-i Mərkəzin hava komandanlığının məsuliyyət zonasında hava hücumundan müdafiə vasitələri ilə məhv edilib.