İtaliya sahillərində miqrant gəmisi qəzaya uğrayıb - 58 ölü

00:29 - 27 Fevral 2023 - DÜNYA

İtaliyanın Kalabriya bölgəsindəki Krotone sahil şəhəri sahillərində baş verən gəmi qəzasında ölənlərin sayı artıb.

Ucnoqta.az xarici mətbuata istinadən xəbər verir ki, İtaliya Sahil Mühafizəsi tərəfindən edilən açıqlamada qəzada 58 immiqrantın həyatını itirdiyi, 80 immiqrantın isə qəzadan sağ çıxdığı bildirilib.

Bildirilib ki,  miqrantların olduğu taxta qayıq “sahildən bir neçə metr aralıda” qayalarla toqquşması nəticəsində batıb, axtarış-xilasetmə işləri davam edir. İtaliya rəsmiləri qayıqda olanların əksəriyyətinin Əfqanıstan, Pakistan, Somali və İran vətəndaşları olduğunu bildirib. 

Məlumata görə, ölənlər arasında qadın və uşaqlar var. Qayığın əlverişsiz hava şəraiti nəticəsində "parçalandığını" və dağıntıların sahil xətti boyunca təxminən 300 metrə səpələndiyi bildirilir.

Xəbər xətti