Belarusun "Maçulişçi" aerodromuna hücumlar edilib, Rusiyanın AWACS A-50 hərbi təyyarəsi zədələnib.
Ucnoqta.az xaricimətbuata istinadən xəbər verir ki, bu gün səhər saatlarında Minskdən 12 km aralıda yerləşən Maçulişçi hərbi aerodromunda 2 partlayış baş verib, nəticədə Rusiyanın radiolokasiya və idarəetmə təyyarəsi A-50 və qartəmizləyici avadanlıqlar sıradan çıxıb. Təyyarənin ön və mərkəzi hissələri, avionika və radar antenası zədələnib.
Rusiya Federasiyasının Müdafiə Nazirliyi hələlik vəziyyəti şərh etməyib.
Məhz Rusiya Aerokosmik Qüvvələrinin bu təyyarəsi Ukrayna silahlı qüvvələri barədə hava kəşfiyyatı üçün fəal şəkildə istifadə olunurdu.
Qeyd edək ki, belə bir təyyarənin dəyəri 330 milyon dollardır.