Pomidor bahalaşdı - pizzanı pomidorsuz bişirməyə başladılar

22:05 - 26 Fevral 2023 - Xəbər

Böyük Britaniyanın italyan restoranlarında pomidorsuz ağ pizza bişirməyə başlayıblar.

Ucnoqta.az “The Guardian”a istinadən xəbər verir ki, aşpazların pomidorları bahalı olduğuna görə xüsusi yeməkdən çıxarmağa məcbur olublar.

Elektrik enerjisinin qiymətinin artması Böyük Britaniyada tərəvəz qıtlığına səbəb olub. Bu səbəbdən restoranlar pizza, makaron və sousların hazırlanmasında pomidordan imtina etməyə başlayıblar. 

Böyük Britaniyanın İtaliya Aşpazlar Federasiyasının prezidenti Enzo Oliveri ölkədə qiymətlərin artması və Brexit səbəbindən bəzi restoranların bağlanacağını proqnozlaşdırıb.

Xəbər xətti