Madonnanın böyük qardaşı Entoni Cerard Cikkon 66 yaşında vəfat edib.
Ucnoqta.az xəbər verir ki, bu barədə müğənninin yaxınları məlumat verib.
Ölümün səbəbi barədə məlumat verilməyib.
Qeyd edilir ki, Entoni Cikkonun qohumları ilə çətin münasibəti olub: uzun illər alkoqolizmlə mübarizə aparıb və evsiz qalıb. Cikkon Madonna və digər ailə üzvlərini ona qayğı göstərməməkdə ittiham edirdi.