Türkiyədə zəlzələlər nəticəsində ölənlərin sayı 44 374 nəfərə çatıb.
Ucnoqta.az xəbər verir ki, bunu Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) məlumat yayıb.
Məlumatda bildirilir ki, bu günə qədər 10 minə yaxın afterşok baş verib:
"21 minə yaxın binada axtarış-xilasetmə işləri başa çatıb. Eyni zamanda 44 374 nəfər həlak olub. Hazırda 8 182 axtarış-xilasetmə işçisi əməliyyatları davam etdirir", - agentlikdən bildiriblər.