Türkiyədə baş vermiş zəlzələ əsrin fəlakətidir - Çavuşoğlu

14:57 - 26 Fevral 2023 - DÜNYA

“Türkiyədə baş vermiş zəlzələ əsrin fəlakətidir”.

Ucnoqta.az xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, zəlzələnin təsirlərinin aradan qalxması üçün hər kəs səfərbər olub: “Könüllülərimiz də çalışırlar. Dünyanın 102 ölkəsi axtarış-xilasetmə komandalarını göndərməyi təklif etdi. Onlardan 90-ı ölkəmizə komanda göndərdi. Hazırda dörd ölkənin təmsilçiləri - Azərbaycan, Özbəkistan, Gürcüstan və Filippinin axtarış-xilasetmə qrupları hadisə yerlərnidə çalışırlar. Çünki işlər hələ bitməyib”.

Qeyd edək ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonunda olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub. Hadisə nəticəsində 44 218 nəfər ölüb.

Xəbər xətti