Putin Ərdoğanı ad günü münasibətilə təbrik edib

13:57 - 26 Fevral 2023 - DÜNYA

Rusiya prezidenti Vladimir Putin Türkiyə dövlət başçısı Rəcəb Tayyib Ərdoğanı ad günü münasibətilə təbrik edib və qeyd edib ki, çətin anlarda onun dövlət xadimi və şəxsiyyət kimi ən yaxşı keyfiyyətləri özünü büruzə verir.

Ucnoqta.az xəbər verir ki, bu barədə Kremlin saytında dərc olunub.

“Hörmətli cənab prezident, əziz dost, sizi ad gününüz münasibətilə ürəkdən təbrik edirəm”, - Putin həmkarına müraciət edib.

Qeyd edək ki, Fevralın 26-da Ərdoğanın 69 yaşı tamam oldu.

Xəbər xətti