"Bu gün dinindən asılı olmayaraq hər kəs Xocalı faciəsini yad edir" - QMİ sədri

11:16 - 26 Fevral 2023 - Cəmiyyət

"Biz dünyaya müraciət edirik ki, Xocalı faciəsini bir daha xatırlasınlar."

Ucnoqta.az xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə Xocalı soyqırımı ilə bağlı dünya ictimaiyyətinə çağırış edib:

“Bu gün dinindən asılı olmayaraq hər kəs Xocalı faciəsini yad edir, məscidlərdə namazlar qılınır, hər kəsə həqiqətlər çatdırılır. Ümid edirik ki, bir daha dünyada belə bir hadisə baş verməyəcək”.

Xəbər xətti