Aİ-nin onuncu sanksiya siyahısına İranın pilotsuz uçuş aparatları (PUA) istehsal edən "Paravar Pars" və "Qüds Aviation Industries" şirkətlərinin rəhbərliyi daxildir.
Ucnoqta.az xarici mətbuata istinadən xəbər verir ki, "Paravar Pars" və "Qüds Aviation Industries"in baş direktorlarına qarşı sanksiyalar tətbiq edilib.
Məlumata görə, onlara qarşı sanksiyalar İranda istehsal olunan dronların “Rusiya tərəfindən Ukraynadakı münaqişədə istifadə edilməsi” səbəbindən tətbiq edilib.