Türkiyədə zəlzələ olub

21:10 - 25 Fevral 2023 - DÜNYA

Türkiyədə 4,6 bal gücündə zəlzələ baş verib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Zəlzələnin episentri Maraş şəhərindən 52 km şimalda, 5 km dərinlikdə yerləşirdi.

Tələfat və dağıntılar barədə məlumat yoxdur.

Xəbər xətti