Türkiyədə zəlzələdən ən çox zərər çəkən şəhərin bələdiyyə sədri həbs edilib

20:41 - 25 Fevral 2023 - HADİSƏ

Türkiyədə fevralın 6-da baş verən zəlzələ nəticəsində binaların kütləvi uçması ilə bağlı aparılan araşdırmalar çərçivəsində Nurdağı bələdiyyə başqanı Ökkeş Kavak saxlanılıb.

Ucnoqta.az xəbər verir ki, yerli Türkiyə qəzetinin məlumatına görə, yeraltı təkanlar nəticəsində bu şəhər digərlərindən daha çox zərər çəkib.

Məlumata görə, Kavak Nurdağıda binaların tikintisi qaydalarının pozulması ilə bağlı işdə adı çəkilir. Bələdiyyə sədri ilə yanaşı, şəhərdə evlərin tikintisi ilə məşğul olan “CCK Construction” inşaat şirkətinin sahibi Yunus Kaya da saxlanılıb.

Xəbər xətti