Bayden 2024-cü il seçkilərində iştirak edəcək

06:27 - 25 Fevral 2023 - DÜNYA

ABŞ prezidenti Co Bayden 2024-cü ildə prezidentliyə namizədliyini irəli sürmək niyyətində olduğunu bildirib

Ucnoqta.az xəbər verir ki, o, bu barədə cümə günü efirdə nümayiş olunan ABC telekanalına müsahibəsində bildirib. 

Baydenin sözlərinə görə, o, növbəti prezident seçkilərində “iştirak etmək niyyətindədir”: 
"Lakin kampaniyaya başlamazdan əvvəl mənim yaxın gələcəkdə tamamlamalı olduğum çox şey var", - o vurğulayıb.

80 yaşlı demokrat Bayden bildirib ki, o, yaşını seçkilərdə iştirak planlarına təsir edə biləcək amil hesab etmir. "Ancaq insanların mənim yaşımı şübhə altına almağa əsasları var" dedi.

Xəbər xətti