Almaniya kansleri Olaf Şolz və Fransa prezidenti Emmanuel Makron Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşündə onu Rusiya tərəfi ilə danışıqlara başlamağa çağırıblar.
Ucnoqta.az xəbər verir ki, bu barədə The Wall Street Journal məlumat yayıb.
Məlumata görə, Şolz və Makron Parisdə söhbət zamanı Zelenskiyə Rusiya Federasiyası ilə danışıqlar aparmaq ideyasını nəzərdən keçirməyə başlamaq lazım olduğunu deyiblər.
Eyni zamanda, qeyd edildiyi kimi, Fransa prezidenti ukraynalı həmkarına ölkəsinin qatı düşmən olmasına baxmayaraq, İkinci Dünya Müharibəsindən sonra Almaniya ilə sülhə nail ola bildiyini xatırladıb.
Emin