Türkiyədə zəlzələdən zərər çəkənlər üçün yeni evlərin tikintisinə başlanılıb

19:52 - 24 Fevral 2023 - DÜNYA

Türkiyə hökuməti ölkənin cənub-şərqində bu ayın əvvəlində baş verən zəlzələlər nəticəsində dağılan evlərin yerinə yeni evlərin tikintisinə başlayıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Türkiyənin ekologiya və şəhərsalma naziri Murat Kurum Twitter səhifəsində yazıb.

"Bütün səylərimiz vətəndaşlarımızın tez bir zamanda öz evlərinə qaytarılmasına yönəlib. Müqavilələrin bağlandığı və geoloji]tədqiqatların başa çatdırıldığı ərazilərdə dərhal işlərə başlayırıq. 855 saylı binanın tikintisi üçün ilk işlərə başlamışıq. ”, - o, qeyd edib.

Xəbər xətti