Yaponiya G7 çərçivəsində Rusiyaya qarşı yeni sanksiyalar təklif edəcək

14:08 - 24 Fevral 2023 - DÜNYA

Böyük Yeddilik Qrupuna (G7) sədrlik edən Yaponiya Ukraynadakı vəziyyətə görə Rusiya Federasiyasına qarşı yeni sanksiyalar təklif etmək niyyətindədir.

Ucnoqta.az xəbər verir ki, bu barədə Tokioda keçirilən mətbuat konfransında Yaponiyanın baş naziri Fumio Kişida bildirib.

Yaponiyanın baş naziri Fumio Kişidanın sözlərinə görə, assosiasiya Rusiya Federasiyasına hərbi dəstəyi dayandırmaq üçün üçüncü ölkələrə müraciət edəcək.
Kişida hansı ölkələrdən danışdığını dəqiqləşdirməyib.

Xəbər xətti