Türkiyə kəşfiyyatı Suriyada İstanbulda terror aktında iştirak edən şəxsi məhv edib

13:06 - 24 Fevral 2023 - DÜNYA

Türkiyənin milli kəşfiyyat təşkilatı Suriya ilə sərhəddə yerləşən Əl-Qamışlı şəhəri ərazisində xüsusi əməliyyat keçirib

Ucnoqta.az xəbər verir ki, bu barədə cümə günü "Habertürk" telekanalı məlumat yayıb.

Məlumata görə, kəşfiyyatçılar İstanbulda "bombalamanın planlaşdırılmasında və həyata keçirilməsində əsas rol oynamış" Xəlil Mencini zərərsizləşdiriblər. 

Ötən il noyabrın 13-də İstanbulda baş vermiş partlayış nəticəsində 6 nəfər həlak olmuş, 80-dən çox insan yaralanmışdı. İstintaq çərçivəsində 60-dan çox şəxs saxlanılıb, 20-dən çoxu, o cümlədən terror aktını törədən şəxs məhkəmənin qərarı ilə həbs edilib. İstintaqın məlumatına görə, partlayışda PKK-nın əli olub.

Xəbər xətti