Polşanın baş naziri Mateuş Moravetski Ukraynaya səfər edəcək.
Ucnoqta.az xəbər verir ki, bu barədə Polşa televiziyasının efirində Polşada hakim Qanun və Ədalət partiyasının baş katibi Kşiştof Sobolevski bildirib. Mateuş Moravetski Ali Radanın iclasında iştirak edəcək.
Məlumata görə, Polşa hökumətinin başçısı Co Baydenin Polşaya səfərinin nəticələri barədə danışacaq.