Aİ Rusiyanın “məhv edilməsini” istəmir - Borrell

11:31 - 24 Fevral 2023 - DÜNYA

Avropa İttifaqı Rusiyanın “məhv edilməsini” istəmir.

Ucnoqta.az xəbər verir ki, bu barədə Aİ-nin xarici işlər üzrə ali nümayəndəsi Josep Borrell “Periodico” qəzetinə bildirib.

“Biz Ukraynanın Rusiyada siyasi dəyişiklik etməsini dəstəkləmirik və açığını desəm, Rusiyanın məhv olmasını istəmirik” - o qeyd edib.

 O qeyd edib ki, Avropa İttifaqının Ukraynanı dəstəkləmək üçün kifayət qədər sursat var.

Bundan əvvəl Borrell bildirib ki, Aİ və NATO Kiyevə sursat tədarükünü sürətləndirməli, sonra isə yeni beynəlxalq təhlükəsizlik sisteminin qurulması barədə düşünməlidir.

Xəbər xətti