Çin Rusiyaya zərbə PUA-ları verə bilər
Ucnoqta.az xəbər verir ki, bu barədə Spiegel nəşri yazıb.
Nəşr Rusiya ordusunun Çinin PUA istehsalçısı Xi'an Bingo Intelligent Aviation Technology ilə Rusiya Federasiyası üçün dronların kütləvi istehsalı ilə bağlı danışıqlar apardığını göstərən məlumatlar əldə edib.
Həmçinin bildirilir ki, şirkət 2023-cü ilin aprel ayına qədər Rusiya Müdafiə Nazirliyinə təhvil verməzdən əvvəl 100 prototip ZT-180 pilotsuz təyyarəsini istehsal edib sınaqdan keçirməyə razılaşıb. Hərbi ekspertlərin fikrincə, belə PUA-lar çəkisi 35-50 kq-a qədər olan döyüş başlığını daşımaq iqtidarındadır.
Növbəti mərhələdə, istehsalçı şirkət Rusiya Federasiyasına ayda 100-ə yaxın belə dronun özünün istehsalı üçün komponentlər verməyi planlaşdırır.