ABŞ dövlət katibi Qazaxıstana səfər edəcək

07:19 - 24 Fevral 2023 - DÜNYA

ABŞ dövlət katibi Entoni Blinken fevralın 28-də Qazaxıstana səfər edəcək.

Ucnoqta.az xəbər verir ki, bu barədə Qazaxıstan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, 2023-cü il fevralın 28-də ABŞ dövlət katibi Entoni Blinken ilk rəsmi səfərini Qazaxıstana edəcək. Dövlət katibinin Astanada olarkən prezident Qasım-Jomart Tokayev tərəfindən qəbul ediləcək və baş nazirin müavini Qazaxıstanın xarici işlər naziri Muxtar Tleuberdi ilə danışıqlar aparacağı bildirilir.

Həmin gün Astanada Blinkenin iştirakı ilə Mərkəzi Asiya ölkələrinin və ABŞ-ın xarici işlər nazirlərinin C5+1 formatında görüşü keçiriləcək.

Xəbər xətti