ABŞ dövlət katibi Entoni Blinken fevralın 28-də Qazaxıstana səfər edəcək.
Ucnoqta.az xəbər verir ki, bu barədə Qazaxıstan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, 2023-cü il fevralın 28-də ABŞ dövlət katibi Entoni Blinken ilk rəsmi səfərini Qazaxıstana edəcək. Dövlət katibinin Astanada olarkən prezident Qasım-Jomart Tokayev tərəfindən qəbul ediləcək və baş nazirin müavini Qazaxıstanın xarici işlər naziri Muxtar Tleuberdi ilə danışıqlar aparacağı bildirilir.
Həmin gün Astanada Blinkenin iştirakı ilə Mərkəzi Asiya ölkələrinin və ABŞ-ın xarici işlər nazirlərinin C5+1 formatında görüşü keçiriləcək.