İndoneziya sahillərində 6,3 bal gücündə zəlzələ baş verib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Yeraltı təkanla 100 km dərinlikdə qeydə alınıb.
Tələfat və dağıntılar barədə məlumat yoxdur.