BMT Baş Assambleyası Ukraynada “ədalətli sülhün prinsipləri” ilə bağlı Rusiya əleyhinə qətnamə qəbul edib.
Ucnoqta.az xarici mətbuata istinadən xəbər verir ki, ABŞ, Ukrayna, Böyük Britaniya, Gürcüstan, Almaniya, Latviya və Litva qətnamənin həmmüəllifləri olublar.
140 ölkə Rusiya Federasiyasının Ukraynada xüsusi hərbi əməliyyatının ildönümü ilə bağlı qəbul edilmiş qətnamənin qəbul edilməsinə səs verib.
38 dövlət, o cümlədən Ermənistan, Çin, Mərkəzi Afrika Respublikası, Hindistan, İran, Pakistan, Cənubi Afrika Respublikası, Tacikistan və başqaları bitərəf qalıb.
Qətnamənin əleyhinə səs verənlər arasında Rusiya, Belarus, Eritreya, Şimali Koreya və Suriya da var.