Xəbər verdiyimiz kimi, bu gün İranın İdman və Gənclər naziri Həmid Səccadinin helikopteri qəzaya uğrayıb
Ucnoqta.az xəbər verir ki, helikopter Baft şəhərindəki idman kompleksinə enərkən qəzaya uğrayıb və bəzi sərnişinlər xəsarət alaraq Kermandakı tibb mərkəzlərinə aparılıb. İdman nazirinin müşaviri İsmayıl Əhmədi helikopter qəzası nəticəsində həyatını itirib.
Helikopter qəzası nəticəsində ağır yaralanaraq yerə uzanmış Həmid Səccadinin hadisə yerindən videogörüntüsü yayılıb.